Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İnfarkt xəstələrinə xoş xəbər

CC0 / Pixabay / heartbeatİnfarkt
İnfarkt - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlər nəticədən ümidli olduqlarını açıqlayıblar.

BAKI, 28 okt – Sputnik. Türkiyədən olan tibb alimlərinin nǝzarǝtindǝ aparılan araşdırma ilǝ göbǝk bağından ǝldǝ edilǝn kök hüceyrǝlǝr ilk dǝfǝ infarktdan sonra yaranan zǝdǝlǝrin aradan qaldırılmasında istifadǝ edilǝcǝk. Həkimlər nəticədən ümidli olduqlarını açıqlayıblar. 

“Göbǝk bağındakı kök hüceyrǝlǝr ürǝyin sağaldılmasına yardım edəcək” deyə Ankara Universiteti Tibb fakültəsinin professoru Alp Can qeyd edib.  

“HUGE-HEART” adlı layihǝ 13 nǝfǝrdǝn ibarǝt heyǝtlə 8 ay öncǝ başladılıb. Bu layihǝ ilǝ göbǝk bağından alınacaq kök hüceyrǝlǝr, analiz edilib hazırlandıqdan sonra infarkt keçirǝn xǝstǝlǝrǝ ǝmǝliyyat zamanı yerlǝşdirilǝcǝk.

Xəbər lenti
0