Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah Bakıda yağış yağacaq

© Photo : APAAlov qülləsindən yağışlı Bakı
Alov qülləsindən yağışlı Bakı - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı və Abşeron yarımadasında oktyabrın 29-da fasilələrlə yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

BAKI, 28 okt — Sputnik. Bakı və Abşeron yarımadasında oktyabrın 29-da fasilələrlə yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu gecə 10-12, gündüz 12-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 29-da arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 12-16, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.

Xəbər lenti
0