CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə 15 min insan müalicə və protez-ortopedik xidmətlə təmin olunub

Əmək və əhalinin müdafiəsi nazirliyi
Əmək və əhalinin müdafiəsi nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial cəhətdən həssas qruplara aid şəxslərlə bağlı aparılan işlərin mühüm bir istiqaməti də həmin insanların bərpa müalicəsinə və protez-ortopedik bərpa xidmətləri ilə təmin olunmasına yönəlib.

BAKI, 28 okt — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial cəhətdən həssas qruplara aid şəxslərlə bağlı aparılan işlərin mühüm bir istiqaməti də həmin insanların bərpa müalicəsinə və protez-ortopedik bərpa xidmətləri ilə təmin olunmasına yönəlib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu istiqamətdə tədbirlərin davamı kimi, cari ilin ötən dövründə nazirliyin bərpa-müalicə müəssisələrində 5 min nəfərədək əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa müalicə xidməti, 7 158 nəfər şəxsə protez-ortopedik bərpa xidməti göstərilib. Nazirlik tərəfindən 245 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi, 53 nəfərin ölkə daxilində və xaricdə müalicəsinə maddi köməklik göstərilməsi təmin edilib. Bu dövrdə imtiyazlı şəxslərin müalicəsinin təşkili məqsədilə 2 526 nəfər belə şəxsə sanatoriya-kurort putyovkası (yollayışı) verilib.

Ümumilikdə nazirliyin cari ilin ötən dövründə imtiyazlı şəxslərin müalicəsi, protez-ortopedik xidmətlə təmin olunması sahəsində həyata keçirildiyi tədbirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3% və ya 2 835 nəfər çox (14 982 nəfər) insanı əhatə edib.

Xəbər lenti
0