Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Eldar Cəfərov "Bank Technique"nin İdarə Heyətinin sədri təyin olunub

© sputnik.azBank Technique
Bank Technique - Sputnik Azərbaycan
Abunə olmaq
Onun I müavini vəzifəsi Samir Baxşəliyevə həvalə olunub.

BAKI, 28 okt — Sputnik. Eldar Cəfərov "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.

Bu barədə "APA-Economics"in bankdakı mənbələri xəbər verir.

Məlumata əsasən, E. Cəfərov artıq vəzifələrinin icrasına başlayıb.

Bundan öncə E. Cəfərov "Mol Bulak" bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri vəzifəsini tutub.

Bununla yanaşı, Samir Baxşəliyev E. Cəfərovun I müavini təyin olunub.

S. Baxşəliyev "Nikoil Bank"da filial direktoru kimi çalışıb.

Qeyd edək ki, dünəndən etibarən bankın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev əvvəlki vəzifəsinə qayıdıb. "APA-Economics"ə açıqlamasında E. Əliyev bildirib ki, Müşahidə Şurasını, İdarə Heyətini yenidən formalaşdıracaq.

Xatırladaq ki, E. Əliyevin banka rəhbərlik etdiyi zamanda S. Baxşəliyev İdarə Heyəti sədrinin müavini olub.


Xəbər lenti
0