CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kişilər bu cür qadınlardan tez bezir

Abunə olmaq
Bəzən qadınlar, kişilərin özlərindən muğayat ola bilməyəcəklərini fikirləşərək, öz həyat yoldaşları ilə ana kimi davranır, onlarla uşaq kimi rəftar edir, onların qayğısına qalmağa çalışırlar.

BAKI, 28 okt – Sputnik. Hər bir qadın istəyər ki, həyat yoldaşının sevimli qadınına çevrilsin, aralarında mehriban və isti münasibət olsun. Amma qadınlar çox vaxt öz yersiz hərəkətlərilə həyat yoldaşının pis rəftar və davranışını görmək məcburiyyətində qalır. Çünki həyat yoldaşı ilə gözəl münasibət qurmaq, ona gözəl davranış nümayiş etdirmək istəyərkən, onunla arasındakı əlaqəni viran etmiş olur. 

Sputnik azadqadin.az-a istinadən bildirir ki, qadınların ən böyük səhvi kişilərlə uşaq kimi rəftar etmələrindədir. Qadınlar elə düşünürlər ki, kişilər ailə həyatını idarə edə bilməzlər və ailəni idarə etmək üçün onlar qadınlara daima möhtacdırlar. 

Bəzən qadınlar, kişilərin özlərindən muğayat ola bilməyəcəklərini fikirləşərək, öz həyat yoldaşları ilə ana kimi davranır, onlarla uşaq kimi rəftar edir, onların qayğısına qalmağa çalışırlar. Bu da əlbəttə ki, əksər kişilərnin bəyənmədiyi bir haldır və nəticədə bu cür davranış kişinin öz qadını ilə kobud rəftarına gətirib çıxarır. 

Çünki kişilər sərbəstliyi xoşlayır və heç kimə tabe olmaq istəmirlər. Azadlıq və müstəqillik, kişilərin ən əsas xüsusiyyətlərindəndir. Buna görə də, qadınlar kişilərlə uşaq kimi davranan zaman, kişilər də qadınların əleyhinə tuğyan etməyə başlayırlar.

Əsasən kişilərini itirmək və onları əldən vermək qorxusu içində olan qadınlar, həyat yoldaşları ilə ana kimi davranıb, onları özlərinə möhtac etmək istəyirlər. Qadınların fikrincə, belə etməklə əri ona möhtac olar, onsuz heç bir şey edə bilməz və heç bir zaman onu tərk etməyi düşünməz. 

Ancaq qadınlar həyat yoldaşına qarşı analıq rolunu ifa edərkən düşünmürlər ki, təbii hal olaraq, bütün oğlanlar bir gün analarından ayrılaraq, müstəqil şəkildə yaşamağı qərara alırlar. Belə qadınlar, ərləri bir gün onları tərk etmək istədikdə, təəccüb içində qalırlar və o zaman səhvi özlərində deyil, başqalarında və ya məhz kişilərin özlərində axtarırlar. Qadın həyat yoldaşı ilə uşaq kimi davranmaqla, onun məhəbbətini qazanmağa yox, onu evdən və özündən soyudub uzaqlaşdırmağa nail olar.

Kişilər hər yerdə və hər zaman məhz sözlərinin keçməyini istəyər, lakin qadınlar öz mənasız davranışı ilə kişilərin özlərinə güvənini öldürərlər. 

Ən pis hal da odur ki, qadınlar kişiləri özlərinə möhtac edib, onlarla bu cür rəftar edərək, kişilərdən təşəkkür və eşq gözləyirlər. Lakin belə kişilər təşəkkür və eşq əvəzinə, qadınlarıyla soyuq rəftar edib, onlardan bezib uzaqlaşırlar.

Özünə güvənən kişi, hər zaman qadından ana yox, yalnız qadın sevgisi görmək istəyər.

Sizcə, kişiyə ana kimi nəvaziş göstərən qadın lazımdır?    

Xəbər lenti
0