ELS seçkilərdə “exit-poll” keçirəcəyi təşkilatlarla müqavilə imzalayıb

Exit-poll
Exit-poll - Sputnik Azərbaycan
Abunə olmaq
Bu məqsədlə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova mətbuat konfransı keçirib.

BAKI, 28 okt — Sputnik. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkilərində “exit-poll” keçirəcəyi təşkilatlarla müqavilə imzalayıb.

Sputnik xəbər verir ki, bu məqsədlə  “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova mətbuat konfransı keçirib.

Yaqubova bildirib ki,  “ELS”  2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament, 2013-cü ildə prezident seçkiləri zamanı “exit-poll” tədqiqatını həyata keçirib və bu müddətdə “exit-poll” sahəsində təcrübəsini ilbəil artırıb.

Onun sözlərinə görə, exit poll  məntəqələri tərk edən seçicilər arasında sorğu keçirməkdir: “Hər seçki məntəqəsinin çıxışında iki intervyuer olur. Onlar seçicilərə yaxınlaşıb anonim anketlərin doldurulmasını təklif edir. Anket seçici  tərəfindən kənara çəkilərək doldurulur, şəffaf qutuya salınır”. 

“ELS” rəhbəri  bildirdi ki, Naxçıvan Muxtar Respublikası istisna olmaqla 118 seçki dairəsinin hamısında “exit-poll” tədqiqatı aparılacaq: “Bu il 1180 seçki məntəqəsində çalışacağıq  və “exit poll”da iştirak edəcək  intervyuerlərin sayı 1360 nəfər  supervayzerlər isə 200-ə yaxındır. Ümumilikdə “exit poll”-un keçirilməsində 2600 nəfər iştirak edəcək.”

Səsvermənin nəticələrinə toxunan Yaqubova bildirdi ki,   exit poll nəticələri səsvermə bitəndən sonra açıqlanacaq: “Səsvermə bitənə qədər bizim məlumatları açıqlamaq ixtiyarımız yoxdur. Yalnız səs vermə bitdikdən sonra, saat 7-8 arası  nəticələr açıqlanacaq”. 

“Exit-poll” “Trend” İnformasiya Agentliyinin maliyyə və informasiya dəstəyi ilə keçiriləcək. Bununla bağlı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə “Trend” İnformasiya agentliyi arasında müqavilə imzalanıb və “exit-poll”un təşkili üçün 33 min manat ayrılıb. 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının oktyabrın 1-də keçirilən iclasında “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Milli Məclisə noyabrın 1-də təyin edilmiş seçkilərdə “exit-poll” keçirilməsi ilə bağlı müraciətinə baxılıb və müraciətlə bağlı müsbət qərar qəbul edilib.

Xəbər lenti
0