BAKI, 28 okt – Sputnik. BMT Vaşinqton rəhbərliyindən Kubaya tǝtbiq etdiyi sanksiyalara son qoymasını istǝyib. Sadəcə İsrail və ABŞ-ın veto etdiyi səsverməyə 191 ölkə dəstək verib.
Baş Assambleya qanunǝn ǝmǝl edilmǝsi mǝcburi olmayan buna bənzər qǝrarları uzun müddǝtdir hǝr il sǝsǝ qoyur.
Beləliklə 24-cü dǝfǝdir ki, bu istiqamətdə ABŞ-a çağırış edilir.
Birləşmiş Ştatlar ilǝ Kuba arasında diplomatik ǝlaqǝlǝr yarım əsrdən sonra bu il yenidǝn normallaşıb vǝ iki ölkǝnin paytaxtlarında qarşılıqlı səfirliklər açılıb.
Rǝsmi Havana hökuməti münasibətlərin daha da yaxşılaşdırılması üçün ticarǝt sahǝsindǝki sanksiyalara son qoyulmasını tələb edir.