SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azay Quliyev: İzabel Santosun səsləndirdiyi bəyanat qərəzlidir

© Photo : TRENDAzay Quliyev
Azay Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu Sputnik-ə açıqlamasında Azərbaycanın ATƏT PA-kı nümayəndə heyətinin üzvü Azay Quliyev İzabel Santosun bəyanatını şərh edərkən deyib.

BAKI, 28 okt — Sputnik. ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları üzrə məsul şəxsi İzabel Santosun Azərbaycanda partlament seçkiləri öncəsi vəziyyətlə bağlı səsləndirdiyi bəyanat qərəzlidir və ölkəmizə qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir.

Bunu Sputnik-ə açıqlamasında Azərbaycanın ATƏT PA-kı nümayəndə heyətinin üzvü Azay Quliyev İzabel Santosun bəyanatını şərh edərkən deyib.

“İzabel Santos müstəqil şəxs deyil və bu bəyanatı müəyyən qüvvələrin təlimatı əsasında səsləndirib”, — deyə Quliyev bildirib.

Onun sözlərinə görə, 2-3 nəfərin qanunsuz əməllərinə görə həbs edilməsi və seçkidə iştirak etməməsi seçkilərin demokratikliyinə ləkə gətirə bilməz: “ATƏT PA rəsmisinin səsləndirdiyi bu fikirlər gülünc arqumentdir və əslində arqumentsizlikdən irəli gəlir. O öz mandatından kənara çıxaraq Azərbaycana qarşı qarayaxma kampaniyası ilə məşğuldur. O bununla düşünülmüş şəkildə Azərbaycanda keçiriləcək seçikilərə kölgə salmaq istəyir. Onun bu fəaliyyəti heç bir halda qəbul edilə bilməz. Çünki orada  dirnaqarası faktlara istinad edilib. Bir daha bəyan edirəm ki, bu bəyanat sifarişlidir və xüsusu təlimat əsasında Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir.”

Quliyev onu da əlavə edib ki, adı çəkilən şəxsin Azərbaycana qarşı xüsusu qərəzli bir yanaşması var və onun bu mövqeyinə dəfələrlə etiraz edilib: “Ancaq təəssüflər olsun ki, o yenə öz mövqeyindən əl çəkməyib.”

Quliyev bildirib ki, ATƏT PA kimi bir nüfuzlu təşkilatın Azərbaycana qarşı belə bir mövqe sərgiləməsi onun nüfuzuna  xələl gətirir.

Xəbər lenti
0