BAKI, 28 okt – Sputnik. Avropa Birliyi yaxın şərqdə yerləşən 4 ölkəyə maliyyə yardımı edəcəyini açıqlayıb. Livan, İordaniya, Mərakeş və Əlcəzairə 370 milyon avroluq yardım ediləcəyi bildirilib.
AB Komissiyasından verilən məlumata görə, 370 milyon avronun 237 milyonu özəl sektorun inkişafı üçün istifadə ediləcək.
Fondun yardımı ilə yeni iş yerləri açılacaq, peşə təhsili veriləcək, mikro, kiçik və orta miqyaslı müəssisələr gücləndiriləcək.
100 milyon avro, tibbi xidmətlər, yoxsulluqla mübarizə kimi sahələrə ayrılacaq.
Geridə qalan 29 milyon avro da vətəndaş cəmiyyəti və məhkəmə sistemi kimi sahələrdə yerli islahatları dəstəkləmək üçün istifadə olunub.