Avropa Türkiyəni dilə tutur

© AP Photo / Osman Orsal, FileFlags of Turkey, right, and the European Union are seen in front of a mosque in Istanbul, Turkey
Flags of Turkey, right, and the European Union are seen in front of a mosque in Istanbul, Turkey - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı Suriya qaçqınlarının Türkiyənin ərazisindən qitəyə keçməsinin qarşısını almaq üçün vədlər verir, konkret dəstək isə görünmür...

Avropa Türkiyəni dilə tutur
Avropa İttifaqı Türkiyə ilə birgə fəaliyyət planı üzrə razılığa gəlib. O, miqrasiya böhranı ilə mübarizəyə yönəlib. Ekspertlər artıq etiraf ediblər ki, hazırki insan axını vəziyyəti İkinci Dünya müharibəsini xatırladır, lakin problemin adekvat həlli hələ də tapılmayıb.

Bütün razılıqların əsas nəticəsi o oldu ki, Türkiyəyə təxminən 3 milyard avro ayrılacaq. Çünki Suriya qaçqınlarının böyük bir hissəsi məhz Türkiyənin ərazisindən Avropaya keçir. Cavab olaraq isə Ankara qaçqınlar üçün öz ölkəsində daha rahat şəraitin olduğunu göstərməlidir. Avropada ümid edirlər ki, gec-tez onlar Türk tərəfdaşlarını qaçqınları öz ölkələrində saxlamağının vacibliyinə inandıracaqlar.

Brüsseldə Türkiyə ilə vizasız rejim tətbiqinin hazırlanmasını sürətləndirmək üçün hazır olduqlarını iddia edirlər, lakin Avropa İttifaqı vizaların aradan qaldırılması üçün meyarları yumşaltmaq niyyətində deyil. Türkiyənin buna nə dərəcədə hazır olması məsələsinə isə gələn ilin yazında baxılacaq. “Ali İqtisadiyyat Məktəbi” Universitetinin Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər fakültəsinin dekan müavini İqor Kovalyov hesab edir ki, Avropanın qaçqın probleminin həllinə aid vahid mövqedən çıxış etməsini gözləmək hələ tezdir:

“Mənim zənnimcə, bu, həqiqətən böyük bir problemdir, Avropa İttifaqının onu necə həll edəcəyi isə aydın deyil. Çox güman ki, Avropa İttifaqına daxil olan ölkələr öz qərarlarını, problemlə mübarizədə öz proqramlarını seçməli olacaqlar. Çünki vahid Avropa çərçivəsində ümumi xəttin yaradılması, gördüyümüz kimi, çətindir”.

Bununla yanaşı unutmaq olmaz ki, Avropalılar bir dəfə seçilmiş istiqamət üzrə ikinci dəfə hərəkət etmirlər. Beynəlxalq Humanitar-Siyasi Araşdırmalar İnstitutunun eksperti Vladimir Bruterin fikrincə, qaçqın probleminin həllində məhz ardıcıllıq və əzmkarlıq kömək edə bilərdi:

“Avropalılar bu məsələ ilə bağlı mövqelərini sayılı həftələr ərzində bir neçə dəfə dəyişiblər. Əvvəl onlar heç kimi buraxmırdılar, sonra hamını buraxırdılar, sonra kimlərisə buraxdıqları, kimlərisə buraxmadıqlarını dedilər, daha sonra isə onları dənizdə tutacaqlarını bildirdilər. Ardıcıllıq və bütövlülük yoxdur. Biz bunu izləyə bilərik və bir daha təəssüf edə bilərik ki, Avropa prinsiplərini formalaşdıra bilməyib. Olan prinsipləri isə o, günün tələbinə uyğun olaraq pozur”.

Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov isə hesab edir ki, Avropa ölkələrinin siyasəti münaqişələrə doğru aparır:

“Avropa İttifaqının strukturunun islahatları daim müzakirə olunur, belə təşəbbüslərlə müxtəlif ölkələr çıxış edir. Əgər miqrantların axını dayanmazsa, onlara qarşı yeni ərazidə yaşamaq üçün ciddi qaydalar tətbiq olunmazsa, yerli Avropa insanlarının etirazları artacaq. Və bu, həqiqətən də Avropa İttifaqına daxil olan bütün ölkələr üçün ciddi bir çağırışdır. Avropa ölkələrinin siyasəti bu günə qədər sakitliyə və yaxşı hadisələrin artmasına səbəb olmayıb. Hələ ki hər şey münaqişənin alovlanmasına aparır”.

Buna görə də, heç bir pul axını kömək etməyəcək. Avropa həlledici hərəkətə keçməyə hazır deyil və ən əsası – pisliyin kökünün Türkiyədə deyil, Yaxın Şərq və Şimali Afrikada yaranan vəziyyətdə olmasını görməməyə çalışır.

“Sputnik” (Rusiya)

Xəbər lenti
0