Ən çox əziyyət çəkən kiçik və orta sahibkarlıq idi

Abunə olmaq
İqtisadçı ekspert sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasından sonrakı vəziyyəti dəyərləndirir

Ən çox əziyyət çəkən kiçik və orta sahibkarlıq idi
Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısını təsdiqləyib.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısına əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində yoxlamalar aparıla bilər:

 Lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin nazirliyin əməkdaşının iştirakı ilə aparılır. 

İqtisadçı ekspert Pərviz Heydarov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunu belə qiymətləndirir: 

“Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması, təhlükəsizlik qaydalarına bu sahədə riayət edilməsi, sanitar gigeynik qaydalara əməl olunmasıdır bunlar olduqca mühüm əhəmiyyət kəsb eləyən məsələlərdir. Təbii qaz, su təchizatı, istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması bütün bu qeyd olunan əmtəə növləri təbii inshisarlara daxildir. Bu sahədə dövlətin nəzarəti, mülkiyyəti mövcuddur. Ona görədə qeyd olunan əmtəə satışı üzrə qanunsuz halların yoxlanılması olduqca vacib əhəmiyyət kəsb eləyir. Bu mənada prezidentin təşəbbüsü ilə qəbul edilən qanunun həyata keçirilməsində heç bir problem yaranmaycaq”.

Pərviz Heydərovun fikrincə, prezidentin ölkədə sahibkarlığa qarşı həyata keçirilən qeyri qanuni mudaxilələrlə bağlı irəli sürdüyü bütün fikirlərin başlıca hədəfini  kiçik və orta sahibkarlığın inkişafına nail olmaq təşkil edir: “Həmin o qanunsuz hallardan iri sahibkarlar pis yaxşı özlərini sığortalaya bilirdilər. Bu mövcud neqativ hallardan ən çox əziyyət çəkən, mənfi zərbələr alan məhz kiçik və orta sahibkarlığıydı. Çünki onlar bu cür hallara tab gətirə bilmiridilər. Ona görə də bax bütün bu tədbirlər kiçik və orta sahibkarlığın inkişafına nail olmaq məqsədi daşıyır. Çünki inkişaf etmiş ölkələrin iqtisadiyyatının əsas aparıcı qüvvəsini kiçik və orta sahibkarlar təbəqəsi təşkil eləyir. Əgər biz Azərbaycanda da iqtisadiyyatda məhz  qeyri neft sektorunun  aparıcı qüvvəyə çevrilməsinə nail olmaq istəyiriksə, bilavasitə həmin o qeyri neft sektorunun özülünü kiçik və orta sahibkarlığın inkişafı təşkil eləməlidir. Biz buna nail olmalıyıq”.

Qeyd edək ki,  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi oktyabrın 20- də Milli Məclisin plenar iclasında qəbul edilib.

Xəbər lenti
0