Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan yeni “Doing Business” hesabatında yerini qoruyub

Abunə olmaq
Dünya Bankı “Doing Business 2016: Tənzimləyici sahədə Keyfiyyət və Səmərəliliyin Qiymətləndirilməsi Hesabatı”nı açıqlayıb.

BAKI, 28 okt — Sputnik. Dünya Bankı “Doing Business 2016: Tənzimləyici sahədə Keyfiyyət və Səmərəliliyin Qiymətləndirilməsi Hesabatı”nı açıqlayıb.

“APA-Economics”in məlumatına görə, “Doing Business 2016” hesabatında Avropa və Mərkəzi Asiyada biznesin inkişafı sahəsində mühüm addımların atıldığı qeyd olunub.

Azərbaycan dünyada 3 və daha artıq islahatı həyata keçirmiş 26 ölkə arasında yer alır. Bu, dünya ölkələrinin yalnız 14%-i deməkdir.

Sənəddə bildirilib ki, Avropa və Mərkəzi Asiya regionunda yerləşən iqtisadiyyatların 90%-dən çoxu son il ərzində biznes mühitinin təkmilləşdirilməsi məqsədilə islahatlar həyata keçirib. Hesabatda regionun 25 ölkəsindən 23-də 58 islahatın həyata keçirildiyi əksini tapıb.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan ötən il olduğu kimi, 189 ölkə arasında 63-cü yerdə qərarlaşıb. Həmçinin, Azərbaycanın bir il ərzində islahat standartı göstəricisi (DTF) ilə məsafəsi bir baldan da artıq azalıb.

Hesabatda islahat standartında Azərbaycanın mövqeyinin yaxşılaşması əsasən biznesə başlama, tikinti üçün icazələrin alınması və xırda investorların müdafiəsi kimi üç sahədə apardığı islahatlarla izah olunur. Başqa sözlə, Azərbaycan dünyada 3 və daha artıq islahatı həyata keçirmiş 26 ölkə arasında yer alır. Bu, dünya ölkələrinin yalnız 14%-i deməkdir.

Hesabatda vurğulanıb ki, biznesə başlama sahəsində islahatlarda Azərbaycan korporativ möhürlərin istifadəsi ilə bağlı tələbi ləğv etməklə biznesə başlamanı asanlaşdırıb. Nəticədə biznesə başlama müddəti ötən il Norveçlə müqayisədə daha az — 5 gündən 3 günə qədər azalıb.

Azərbaycanda biznesə başlama müddəti ötən il Norveçlə müqayisədə daha az — 5 gündən 3 günə qədər azalıb.

Tikinti üçün icazələrin alınması sahəsində islahatlara gəlincə, sənəddə qeyd olunub ki, Azərbaycan layihə sənədlərinin ilkin təsdiqlənməsini həyata keçirmək üçün vahid pəncərə sistemini formalaşdırmaqla tikintiyə icazələrin verilməsini daha da asanlaşdırıb. Nəticədə, anbarların tikintisi üzrə prosedurların sayı 24-dən 18-ə qədər azaldılıb.

Kiçik investorların qorunması sahəsində islahatlar bölməsində Azərbaycanın əlaqəli tərəflərlə əməliyyatların xarici qiymətləndirilməsinin keçirilməsi və bitərəf səhmdarlar tərəfindən təsdiqlənməsi ilə bağlı tələblərin tətbiqi ilə kiçik investorların müdafiəsini gücləndirdiyi əksini tapıb.    

Sənəddə o cümlədən, əmlakın qeydiyyatı sahəsində Azərbaycanın 189 ölkə arasında 7-ci yerdə qərarlaşaq qabaqcıl təcrübəni tətbiq etdiyi qeyd olunub. Belə ki, əmlakın ötürülməsinin qeydiyyatı qlobal səviyyədə orta göstərici olan 48 günlə müqayisədə yalnız 8,5 gün çəkir. 

Dünya Bankının mütəxəssislərinin hesablamalarına görə, Azərbaycanda inkişafa ehtiyac olan sahələr də mövcuddur, bu, xüsusilə tikinti üçün icazələrin alınması (114-cü yer) və elektrik enerjisinə çıxış (110-cu yer) sahələrində nəzərəçarpandır. Tikinti üçün icazələrin alınmasına gəldikdə, qlobal göstərici olan 160 günlə müqayisədə ölkədə anbar tikintisi üçün 203 gün tələb olunur.

Hesabatında tənzimləmələrin keyfiyyəti, o cümlədən biznes üzrə tənzimləmələr bazasının səmərəliliyinin qiymətləndirilməsi üzrə islahat standartı göstəricisinin (DTF) inkişafı istiqamətində qeyd olunan sahələrdə reallıqların daha yaxşı əhatə olunması məqsədilə iki illik səylər tamamlanıb. Müqavilələrin icrasına gəldikdə, məsələn, Azərbaycan ədliyyə infrastrukturun qiymətləndirilməsi, məhkəmə sistemində avtomatlaşdırmanın səviyyəsi, mübahisələrin alternativ həlli mexanizmləri və hüquqi işlərin idarə olunmasının mövcudluğu ilə bağlı yeni indeks üzrə geridə qalır.  

Xəbər lenti
0