SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İspaniya gərgin seçkilərə hazırlaşır

© Sputnik / Alekhandro Martinez Velezİspaniyanın bayrağı
İspaniyanın bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin sentyabrında Kataloniyada muxtariyyata keçirilən seçkilərdə müstəqillik tərəfdarlarından olan Kame Forkadell parlament sədri seçilib.

BAKI, 27 okt – Sputnik. Dekabrın 20-də İspaniyada keçiriləcək parlament seçkilərinə hazırlıq işlərinə start verilib. Bu barədə ölkənin baş naziri Mariano Rajoy sərəncam imzalayıb.

Rajoy məclisin istefa qərarından sonra hökumətin ötən 4 illik fəaliyyəti dövründə gördüyü işlərlə bağlı mətbuat konfransı keçirib. 

Baş nazir son 4 il ərzində iqtisadi böhran, korrupsiya və Kataloniyadakı müstəqillik cəhdlərilǝ mübarizǝnin ǝn çǝtin anlarından olduğunu söyləyib. 

Bu ilin sentyabrında Kataloniyada muxtariyyata keçirilən seçkilərdə müstəqillik tərəfdarlarından olan Kame Forkadell parlament sədri seçilib. 

Dekabrda keçiriləcək ümumi səsvermədən sonra parlament yeni üzvləri ilə yanvarın 13-dən fəaliyyətə başlayacaq. 

Xəbər lenti
0