BAKI, 27 okt – Sputnik. Dünyaca məşhur Agent 007 filminin Spectre adlı yeni filminin təqdimatı keçirilib.
Sputnik, İngiltərənin “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, filmin təqdimatı Londonun məşhur Royal Albert zalında keçirilib və tamaşaçılar arasında dünyanın tanınmış simaları da iştirak edib.
Britaniya şahzadəsi Şahzadə Villiam və xanımı Keyt Middlton da tamaşaçılar arasında olublar.
Agent 007 Spectre filmi Hollivudun Goldwyin Mayer və Columbia Pictures şirkətləri tərəfindən İngiltərə, Avstriya, Meksika və Mərakeşdə çəkilib. Filmin əsas mövzusu Ceyms Bondun Spektr adlı çox güclü gizli təşkilata qarşı mübarizəsindən bəhs edir.