İCAPP Azərbaycana müşahidə missiyası göndərəcək

© Hurriyet.com.trТурция выборы
Турция выборы - Sputnik Azərbaycan
Abunə olmaq
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) müşahidə missiyası Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

BAKI, 27 okt — Sputnik. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının  (İCAPP) müşahidə missiyası  Azərbaycanda  noyabrın 1-də  keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

Seçki-2015.az saytının məlumatına görə, bu məqsədlə təşkilatın 9 nəfərdən ibarət müşahidə missiyası Azərbaycana səfər edəcək. Missiyanın tərkibinə  Koreya, Kamboca, İndoneziya və basqa ölkələrdən nümayəndələr daxildir.

İCAPP-ın müşahidə missiyası seçkilərin nəticələrinə dair bəyanatla çıxış edəcək.

Qeyd edək ki, İCAPP-da 70-dən çox ölkənin 300-dən artıq siyasi partiyası təmsil olunur. 

Xəbər lenti
0