BAKI, 27 okt – Sputnik. Türkiyə Baş naziri Әhmǝd Davudoğlu, ölkəsinin sǝrhǝdlǝrini, taleyini hǝr hansı qruplaşmaya və ya başqa ölkəyə vermǝyǝcǝklǝrini söylǝyib. Bu səbəblə terror tǝşkilatı PYD-yǝ qarşı iki dǝfǝ ǝmǝliyyat hǝyata keçirdiklərini deyən nazir, Suriya məsələsinin Türkiyə olmadan həll edilməsinin mümkünsüzlüyünü qeyd edib.
Davudoğlu, noyabrın 1-dǝ keçirilǝcǝk parlament seçkilǝri vǝ seçkinin tǝhlükǝsiz şǝraitdǝ keçirilmǝsinǝ dair önǝmli açıqlamalar da verib: “Seçki günü üçün bütün lazımlı tǝdbirlǝr görülüb”
Terrorla mübarizǝnin hüquq çǝrçivǝsindǝ qǝti şǝkildǝ davam etdirilǝcǝyini bildirǝn Davudoğlu, ölkədə xaos yaranmasına imkan verilmǝyǝcǝyini söyləyib.