SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Parlament seçkilərində 24 siyasi partiyanın təmsilçisi iştirak edir

© AZƏRTACMərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu Sputnik-ə açıqlamasında Mərkəzi seçki Komissiyasının (MSK) İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Şahin Əsədli deyib.

BAKI, 27 okt — Sputnik. Noyabrin 1-də Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərdə 24 siyasi partiyanın təmsilçisi iştirak edir.

Bunu Sputnik-ə açıqlamasında Mərkəzi seçki Komissiyasının (MSK) İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Şahin Əsədli deyib.

Onun sözlərinə görə, bu gün 767 deputatlığa namizədin adı seçki bülleteninə salınıb.

“Düzdür, onların bir qisminin siyasi mənsubiyyəti olmadığından seçkilərdə müstəqli və bitərəf formada iştirak edirlər. Amma bununla belə namizədlərin əksəriyyəti siyasi partiyaların təmsilçiləridir”, — deyə Əsədli qeyd edib.

Əsədli bildirib ki, seçkilərdə rəsmi olaraq 15 siyasi partiyanın və “Azadlıq 2015” seçki blokunun təmsilçiləri iştirak edir. "Bundan əlavə elə namizədlər var ki, onlar namizədliklərini müstəqil formada versələr də siyasi partiya mənsubiyyətləri var. Bütün bunları üst-üstə gəlsək onda seçkilərdə 24 siyasi partiyanın təmsilçisinin iştirak etdiyni deyə bilərik”, — MSK təsilçisi vurğulayıb.

MSK təmsilçisi onu da əlavə edib ki, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün namizədlərə təbliğat-təşviqat kampaniyası dövründə bərabər şərait yaradılıb və onların seçki kampaniyası prosesinə hər hansı qeyri-qanuni müdaxilə olmayıb. “Noyabrdın 1-də də seçkilər tam şəffaf, demokratik və ədalətli keçriləcək. Bununla bağlı da bütün lazımi şərait yaradılıb”, — deyə o bildirib.

Qeyd edək ki, noyabrın 1-də  Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək. Azərbaycanda parlamenti 125 millət vəkilindən ibarətdir. Konstitutsiyaya görə parlament seçkiləri hər beş ildən bir noyabr ayının ilk bazar günü keçirilir.

Xəbər lenti
0