BAKI, 27 okt – Sputnik. Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama noyabrın 14-dǝ Türkiyǝyǝ sǝfǝr edəcǝk. Bu barədə Ağ evin rəsmi saytında məlumat verilib. Obamanın Antalyada keçiriləcək Böyük İyirmilǝr (G20) sammitində iştirak edəcəyi bildirilir.
Türkiyədəki tədbir başa çatdıqdan sonra prezidentin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak üçün Filippinə gedəcəyi açıqlanıb.
Obama daha sonra, ABŞ- Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası və Şərqi Asiya ölkələrinin sammitinə də qatılacaq.