BAKI, 26 okt – Sputnik. "65 min suriyalı qadın öz körpəsini Türkiyə torpaqlarında dünyaya gətirib". Bunu mətbuata açıqlamasında Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu deyib.
Nazir, ölkəsinin Suriyadan gələn iki milyon qaçqına hər cür tibbi xidmət göstərdiyini bildirib:
"65 min suriyalı ana öz balasını bizim torpaqlarda dünyaya gətirib. Bu uşaqlar bizim həkimlərimiz sayəsində, bizim xəstəxanalarda doğuldular. Peyvəndlərini etdik, onları gələcəyə biz hazırlayırıq. Bu, bizim millətin anlayış gücüdür. Bu baxımdan, Avropa və dünyanın bizdən nümunə götürməsi lazımdır".