SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: Suriyanın şimalında lazım olanı edəcəyik

© Murat Cetinmuhurdar/Pool Photo via APRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti terror tǝşkilatlarının ittifaq halında yeni Türkiyǝyǝ hücum etdiklǝrini deyərək, paytaxtda törədilən terrorun da kollektiv bir terror aktı olduğunu bəyan edib.

BAKI, 26 okt – Sputnik. Rǝcǝb Tayyib Әrdoğan bölgədə fəaliyyət göstərən bütün terror tǝşkilatlarının ittifaq halında Yeni Türkiyǝyǝ hücum etdiklǝrini deyib. 

Ərdoğan Suriyanın şimalındakı vǝziyyǝtǝ toxunaraq, orada yeni oyunlar oynanıldığını söyləyib.

“Tel Abyada öncə İŞİD girir, sonra oradan çıxır, bu dǝfǝ həmin şəhərə PYD (kürd silahlıları) daxil olur. Bunların hamısı kirli ittifaq ssenariləridir. Halbuki həmin ərazinin 95%-ni ərǝblər vǝ türkmǝnlər təşkil edir. Әhalinin cəmi 5%-i kürddür. Qarşıdurmalar yarananda ölkəmizə gəldilər. İndi yenidǝn Tel Abdaya qayıdırlar. Onların məqsədi buranı müstəqil bölgəyə çevirmǝkdir vǝ bunu da elan etdilǝr. Bu vǝziyyǝt Türkiyǝ üçün artıq bir tǝhdiddir. Ölkǝmiz lazım olanı edǝcǝk”, deyə Ərdoğan əlavə edib. 

Türkiyə prezidenti terror tǝşkilatlarının ittifaq halında yeni Türkiyǝyǝ hücum etdiklǝrini deyərək, paytaxtda törədilən terrorun da kollektiv bir terror aktı olduğunu bəyan edib: 

“İllǝrdir zorakılıqla qoruduğu gücünü itirǝn kim varsa yeni Türkiyǝni hǝdǝf alıb. Bütün terror təşkilatları, istər PKK olsun, istər İŞİD, istərsə də DHKP-C, yeni Türkiyǝyǝ qarşı ittifaq halında hücuma keçiblər. Bir çox qeyri-hökumǝt tǝşkilatları sǝltǝnǝtlǝri sarsıldığı, istǝdiklǝri olmadığı üçün hökuməti hǝdǝf götürüblǝr. Türkiyədə artıq rǝngli media olduğu üçün, azad media olduğu üçün bu onları narahat edir. Bu təşkilatların hamısı eyni mǝnbǝdǝn bǝslǝnirlər”. 

Xəbər lenti
0