Əsəd Moskvaya getməyə bilməzdi

© Sputnik / Alexei Druzhinin / Mediabanka keçidPresident Vladimir Putin meets with President of Syria Bashar al-Assad
President Vladimir Putin meets with President of Syria Bashar al-Assad - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Şahinoğlu: “Putin Krımı Rusiyanın tərkib hissəsi kimi Qərbə tanıtdıra bilsə, Suriya məsələsində hardasa güzəştə gedəcək”

Əsəd Moskvaya getməyə bilməzdi
Suriya prezidenti Bəşər Əsəd Moskvaya gözlənilməz səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Əsəd Putinin özü ilə, dar çərçivədə görüş keçirib. Bu açıqlama ilə  jurnalistlərlə görüşündə Kremlin mətbuat katibi Dmitri Peskov çıxış edib. “Danışıqlar uzun çəkib. Görüşdə terrorçu qruplarla mübarizə,  həmçinin Suriya ordusunun hücum əməliyyatlarının davamiyyəti məsələləri haqda danışıqlar aparılıb” – deyə Peskov bildirib.

Bəşər Əsədin Moskvaya səfəri münaqişənin nizamlanmasına  xidmət  etmir, RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu Ağ Evin nümayəndəsi Erik Şults bəyan edib.“Öz xalqına qarşı kimyəvi silahdan istifadə edən Əsədin Moskvada təntənəli şəkildə qəbul olunması Rusiyanın bəyan etdiyi siyasi nizamlanma məqsədinə ziddir”, deyə E.Şults bildirib. 

 Ekspertlərin fikrincə, Bəşər Əsədin Moskvaya gözlənilməz səfəri çətin vəziyyətdə olan Suriya prezidentinin artan inamını nümayiş etdirir. Əsədin Moskvaya gəlişi onu göstərir ki, V.Putin Əsədi mövqeyində möhkəmləndirmək niyyətindədir, ən azı hələlik. Həmçinin bu səfəri Rusiyanın Suriyada hərbi müdaxilə ilə yanaşı, diplomatik planlarını genişləndirmək cəhdləri kimi də qiymətləndirirlər. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Bəşər Əsədin Moskva səfərini belə qiymətləndirir: “Səfərin məqsədi odur ki, Rusiyanın dəstəyinin artırılmasını istəyir. Çünki, Rusiyanın hava bombardımanları olmasaydı İŞİD – in mövqelərinə Əsədin vəziyyəti bir az daha ağırlaşardı. Həm də bir qədər Əsəd ordusunda sanki ruh yüksəkliyi yaranıb. Rusiyanın bombardımanlarından sonra Əsəd ordusu müəyyən məntəqələrdəki nəzarəti ələ keçirib. Ona görə Rusiyadan dəstəyin artırılmasını isdəyir. Putinin sözlərindən də belə başa düşülür ki, dəvət edilibsə Əsəd Moskvaya getməyə bilməzdi. Bununla Putin beynəlxalq aləmə göstərir ki, Rusiyanın Suriyada mövqeləri güclüdür. Ancaq hiss olunur ki, Putin bu məsələdə beynəlxalq aləmlə Amerika və Türkiyə ilə əməkdaşlığa da hazırdır”.

 Bu səfərin Qərb və Rusiya münasibətlərinə mənfi təsir etməyəcəyini deyən Elxan Şahinoğlu bildirir ki, əksinə Putin bu məsələdə pozitiv rol oynamaq istəyərsə,  Qərb və Əsəd arasında vasitəçi rolunu da oynuya bilər: 

“Müharibə də Əsədin günahını vurğulasalar da, onu da tərəfdarları var. Ona görə müəyyən bir formul üzrə razılığa gəlməyə hazırdır. Rusiya İŞİD mövqelərini bombardıman edəndə ilk günlər Amerika sərt tənqid etdi amma indi Amerika sanki razılaşıb. Əksinə Rusiya ilə müəyyən razılaşma da var ki, Amerika və Rusiya təyyarələri bir-birlərinə çoxda yaxınlaşmasınlar. Türliyə ilə də müəyyən danışıqları var Rusiyanın. Putin Əsəd ilə görüşdən sonra dərhal bu haqda öz tərəfdarlarını məlumatlandırdı. O tərəfdaşlarını ki, Suriya məsələsində mövqeləri Rusiya ilə üst-üstə düşmür. Putin bununla onu göstərmək istədiki Suriya məsələsində sanki beynəlxalq aləmlə əməkdaşlığa hazırdır”.

Politoloqunun fikrincə, Putin Suriya məsələsində güzəştə getməklə Krım məsələsini arxa plana keçirməyə çalışır: “Əslində Rusiya və Qərb münasibətləri  Krıma görə gərginləşdi. Putin Krımı Rusiyanın tərkib hissəsi kimi Qərbə tanıtdıra bilsə, bunun razılığını alsa, düşünürəm ki, Suriya məsələsində hardasa Qərbə güzəştə gedəcək”.

Xatırladaq  ki, bu Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Dəməşqi tərk etməyin təhlükəsiz olduğunu hiss edən  Bəşər Əsədin ilk xarici səfəridir.

Xəbər lenti
0