BAKI, 26 okt — Sputnik. Seçkilərlə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına (DSK) verilməsi prosesi sabah başa çatır.
Seçki Məcəlləsinə əsasən, səsvermə gününə azı 4 gün qalmış DSK-lar səsvermə protokollarını məntəqə seçki komissiyalarına verməlidir.
Milli Məclisə seçkilərlə əlaqədar bu müddət oktyabrın 28-dək olan dövrü əhatə edir.
Xatırladaq ki, Milli Məclisə seçkilərlə əlaqədar səsvermə protokollarının Mərkəzi Seçki Komissiyası tərəfindən DSK-lara verilməsi müddəti oktyabrın 12-dək olan dövrü əhatə edib.