CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çox adamın xəbərsiz qaldığı möcüzələr

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidilan
ilan - Sputnik Azərbaycan
Abunə olmaq
4 əsr xarab olmayan qida nədir?

BAKI, 25 okt-Sputnik. Təbiətlə bağlı elə məlumatlar var ki, insan bir ömür yaşayır, amma onlardan xəbərsiz qalır. Sputnik "Cazibe" on-line nəşrinə istinadən oxucular üçün maraqlı olacaq bəzi məlumatları təqdim edir.

*72 yaşlı bir yapon 24 saniyədə 206 söz deyərək qadınlar arasında rekord qazanmışdı;

*arı balı 4 əsr qalır, lakin xarab olmur;

*ən kiçik dırnaqlı heyvan 25 santimetr hündürlüyü olan cırtdan antilopdur;

*ən səsli heyvan timsahdır;

*çəyirtikənin eşitmə orqanı dizindədir, o, saniyədə 3 m sürətlə tullanır;

*gecəyarısı cırcıramanın çox ucadan oxuması səhərin çox aydın və isti keçəcəyinə işarədir;

*payızda qarışqa topaları çox olarsa, qış çox sərt keçəcəkdir;

*ilanlar bütün ömrü boyu boy atır;

*İnsan 75 yaşından sonra qoca sayılır, 90 yaşından sonra uzunömürlülər sırasına keçir;

*insan bədənində olan kapilyarların uzunluğu 100 min kilometrə çatır ki, bu da ekvatordan 2,5
dəfə uzundur;

*ən uzunburun adam Tomis Bedler olub. Onun burnunun uzunluğu 10 sm idi.

Xəbər lenti
0