Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əməkdar artist Gülnar Salmanova vəfat etdi

Gülnar Salmanova
Gülnar Salmanova - Sputnik Azərbaycan
Abunə olmaq
Musiqili Komediya teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova bu gün xəstəxanada dünyasını dəyişib.

BAKI, 24 okt — Sputnik. Azərbaycanın daha bir tanınmış aktrisası vəfat edib. Musiqili Komediya teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova bu gün xəstəxanada dünyasını dəyişib. Bu haqda xəbəri telejurnalist İradə İsaq verib.

Qeyd edək ki, G.Salmanova ağır şəkər xəstəsiydi, böyrək çatışmazlığı və daha bir neçə xəstəlikdən də əziyyət çəkirdi.

Gülnar Salmanova 1956-cı ildə anadan olub. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyib. Aparıcı səhnə ustası idi. Güclü və məlahətli soprano səsə malik idi. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edirdi.

Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

2001-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin…

Xəbər lenti
0