BAKI, 24 okt — Sputnik. Türkiyə güc strukturları irimiqyaslı terror aktları törətmək məqsədi ilə ölkəyə 4 İŞİD üzvü, 3 kişi və 1 qadının Suriyadan daxil olduğunu bəyan edib.
Sputnik-in NTV-yə istinadən verdiyi məlumata görə, həmin şəxslər təyyarə və ya gəmi qaçırmaq, yaxud nümayişlər zamanı partlayışlar törətməyə dair təlimatlandırılıblar.
Saxta pasportlardan istifadə edən terroristlərin fotoşəkilləri artıq kütləvi informasiya vasitələrinə paylanıb. Onlardan 3-ü Türkiyə, 1 isə Qazaxıstanda doğulmuş Almaniya vətəndaşıdır.
Qeyd edək ki, axtarışda olanlar arasında Ankarada baş vermiş terror aktında adı keçən Ömer Deniz Dündar da var.