Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yağış suyu 28 nəfərin zəhərlənməsinə səbəb olub

© AP Photo / Esteban FelixNikaraquada yağış
Nikaraquada yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda 28 nəfərin zəhərlənməsinə yağış suları səbəb olub. Bunu Sputnik-ə açıqlamasında Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirı Ziyəddin Kazımov deyib.

BAKI, 23 okt — Sputnik. Bakıda 28 nəfərin zəhərlənməsinə yağış suları səbəb olub. Bunu Sputnik-ə açıqlamasında Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirı Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında insanlar arasında sudan baş verən mədə-bağıqsaq pozuntuları ilə əlaqədar aparılan araşdırmalar zamanı içməli suda göstəricilərin normadan kənara çıxdığı məlum olub: “Bir çoxları deyir ki, zəhərlənmə hadisəsi olub. Sudan zəhərlənmə olmur. Zəhərlənmə kimi qeyd etmək düz deyil.  İnsanlarda mədə-bağırsaq pozuntusu olub. Hadisə isə ərazidən keçən lokal su xəttində baş verən nasazlıq nəticəsində olub. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemologiya Mərkəzi və “Azərsu” SC tərəfindən geniş araşdırma işləri aparılıb və sulardan nümunələr götürülərək analiz edilib. Nəticədə bəlli olub ki, ərazidən keçən lokal  su borusunda nasazlıq yaranıb və nəticədə boruya yağış suları sızıb. Yağış sularının qarışması nəticəsində içməli suda göstəricilərin normadan kənara çıxdığı məlum olub. Bu da  öz növbəsində insanlarda mədə-bağırsaq posuntusuna səbəb olub.”

Kazımov əlavə edib ki, ərazidə dezinfeksiya işlər aparılıb və hazırda sular norma daxilindədir6 “Bundan əlavə olaraq “Azərsu” su borusunda təmir işlərini yekunlaşdırıb və  artıq əraziyə suyun verilməsini təmin edib”.

Kazımov bildirib ki, müraciət edənlər xəstəxanaya yerləşdirlib və onların  bir qismi müayinə edildikdən sonra evə buraxılıb: “Xəstəxanada qalanların isə səhhəti normaldır".

Kazımov onalara müraciət edənlərin bir neçə nəfər olmasını desə də Daxili İşlər Nazirliyi onların 28 nəfər olması barədə rəsmi məlumat yayıb.

DİN bildirib ki, oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfər (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərləniblər. 

Onlar 5 saylı Yoluxucu xəstəliklər xəstəxanasına yerləşdiriliblər. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Səhiyyə Nazirliyindən Sputnik-ə bildirilib ki, hazırda xəstəxanada 10-dək xəstə müalicə alır.

Xəbər lenti
0