BAKI, 23 okt – Sputnik. “Avtovağzal sürüşüb, çünki ora ayrılan pulların yarısı ciblərə gedib”. Bunu Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həmin ərazidə, o cümlədən bir çox yerlərdə yollar düzgün çəkilmir və geoloqlara müraciət edilmir.
“Avtovağzaldakı hadisə ilə bağlı deyirlər ki, guya otların hər gün sulanması sürüşməyə səbəb olub. Bu qeyri-mümkündür. Əslində yollar çəkilərkən geoloqlara müraciət edilməlidir. Bu edilmir. Üstəlik Avtovağzal yoluna ayrılan vəsaitin 50%-i böyük ehtimal ki, ciblərə gedib”, deyə Zeynalov əlavə edib.