BAKI, 23 okt — Sputnik. Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfər içməli sudan zəhərlənib.
Sputnik Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfər (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərləniblər.
Onlar 5 saylı Yoluxucu xəstəliklər xəstəxanasına yerləşdiriliblər. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Araşdırmalar aparılır.