BAKI, 23 okt – Sputnik. Birləşmiş Ştatlar ordusu Suriyada İŞİD hǝdǝflǝrinǝ qarşı bugünə qədərki ən ağır bombardımanını həyata keçirib.
Terrorçuların qǝrargahı hesab edilən Rakka şəhərinin ağır bombardman altında olduğu bildirilir.
ABŞ Müdafiə nazirliyi Pentaqon, İŞİD-in Suriyadakı hədəflərinə təkcə dünən 26 hava zǝrbǝsi endirdiklǝrini açıqlayıb. Pentaqon bunun indiyǝdǝk olan ǝn gǝnişmiqsaylı ǝmǝliyyat olduğunu bildirib.
Hava əmǝliyyatı zamanı xüsusilǝ neft sahǝləri vǝ neft zavodları hǝdǝf alınıb ki, burda da əsas məqsəd İŞİD-in maliyyǝ qaynaqlarını yox etməkdir.
İŞİD terror təşkilatı neft emal zavodlarından hǝr ay 5 milyard dollara yaxın gəlir ǝldǝ edir.