BAKI, 23 okt – Sputnik. Havadakı çirklənməyə görə hər il 7 milyondan artıq insan dünyasını dəyişir. Bu haqda Ümumdünya Sǝhiyyǝ tǝşkilatı məlumat yayıb.
“Qapalı mǝkanlar vǝ açıq yerlǝrdǝ havanın çirklǝnmǝsinǝ sǝbǝb olan hallar, insan sǝhhǝtinǝ mǝnfi tǝsir edir” deyə tǝşkilatın hesabatında qeyd olunur.
Açıq havada çirklǝnmǝ hǝr il 3 milyon insanın erkən ölümünə səbəb olursa, qapalı yerlərdə hava çirklənməsi 4 milyondan artıq insanın həyatına son qoyur.
Ətraf mühitin çirklǝnmǝsinǝ sǝbǝb olan ǝsas amillǝr isǝ aşağıdakılardır: 42% insan faktoru, 30% sǝnaye, 14% yol hǝrǝkǝti vǝ 14% duman vǝ dǝniz duzu kimi tǝbii qaynaqlardır.
Hava çirklǝnmǝsinin qarşısını almaq üçün tǝdbirlǝr görülǝrsə ölümlərin sayında da azalma müşahidə edilə bilər.