BAKI, 22 okt – Sputnik. Bir vaxtlar o milyonçu idi. İndi isə küçələrdə şorba satmaqla məşğuldur. Söhbət Türkiyənin Dənizli şəhərində yaşayan 66 yaşlı Erdoğan İyilikçidən gedir.
Yanacaq və inşaat sektorlarında şirkətləri olan E.İyilikçinin onlarla binası, villaları, lüks avtomobilləri, yaxtaları, hətta özəl təyyarəsi olub.
Hazırda isə o, küçələrdə şorba satır.