BAKI, 22 okt — Sputnik. Nəqliyyat naziri Ziya Məmmədov sabah Neftçalada vətəndaşları qəbul edəcək.
Bu barədə Sputnik-ə məlumat Nəqliyyat nazirliyindən verilib.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat naziri Ziya Məmmədov 23 oktyabr 2015-ci il tarixində Neftçala şəhərində Salyan, Biləsuvar və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.