BAKI, 22 okt – Sputnik. Yaponiyaya məxsus Toyota şirkəti pəncərə qaldırıcılarında yaranan problemlərlə əlaqəli olaraq 7 milyon avtomobili geri çağırmağa məcbur olub. Əgər problem böyüyərsə, şirkətin satışları müvəqqəti olaraq dayandıra biləcəyi də iddia olunur.
Məsələ ilə bağlı şirkətin baş ofisindən də açıqlama verilib.
“2005, 2006, 2007, 2008 və 2010-cu illərdə istehsal olunan 7 milyon avtomobil elektrikli pəncərə düymələrinin həddindən artıq qızması və bunun da yanğına səbəb ola biləcəyi ilə bağlı olaraq geri çağırılır”.
Sözügedən problemin aşağıda qeyd olunan Toyota markalı maşınlarda olduğu bildirilir:
“Camry, RAV4 və Highlander”. Bu marka Toyota modellərində elektrikli pəncərə düymələrinin həddən artıq qızması müşahidə olunur.