SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xalid Atiyə: Türk qardaşlarımızla birgə Suriyaya müdaxilə edə bilərik

Xalid Atiye
Xalid Atiye - Sputnik Azərbaycan
Abunə olmaq
Qətər XİN: Xalqı Əsəd zülmündən qorumaq üçün lazım gələrsə hərbi müdaxilə də edərik.

BAKI, 22 okt – Sputnik. Qətərin xarici işlər naziri Xalid Əl Atiyə Suriyaya hərbi müdaxilə edə biləcəklərini söyləyib.

CNN televiziyasına müsahibəsində Atiyə, ölkəsinin Suriya ilə bağlı heç bir geosiyasi maraq güdmədiyini deyib. O, lazım olacağı təqdirdə Türkiyə və S.Ərəbistanı ilə birlikdə Suriyaya müdaxilə edə biləcəklərini də qeyd edib. 

“Suriyada müharibə başlayan gündən mövqeyimizi izləyənlər çox yaxşı bilir ki, sülh üçün bütün qapıları döydük. Bu məsələnin arxasında möhkəm dayandığımızı bilməyinizi istərdim. Suriyanı bölünməkdən qorumaq üçün Səudiyyə Ərəbistanı və Türk qardaşlarımızla birlikdə əlimizdən gələni əsirgəməyəcəyik. Xalqı Əsəd zülmündən qorumaq üçün lazım gələrsə hərbi müdaxilə də edərik” deyə Xalid Əl Atiyə əlavə edib. 

BMT Təhlükəsizlik Şurasının Suriya xalqını qoruya bilmədiyini deyən Atiyə, bu səbəblə "Suriyanın Dostları" təşəbbüsünü dəstəklədiyini deyib.

Xəbər lenti
0