BAKI, 22 okt – Sputnik. İran İslam Respublikası sanksiyanı ləğv etdikdən dərhal sonra gündəlik neft hasilatının 500 min barel artırmaq niyyətindədir. Bu barədə İranın neft naziri Bijan Namdar Zanqane bildirib.
“Bizə neft ixracı üçün heç kəsdən icazə almaq lazım deyil və bizim məhsullar bazara daxil olacaq”, deyə nazir OPEK-in mümkün şərtləri barədə suala cavab verərkən bildirib.
Lakin o OPEK tərəfdən düşünülmüş addımıar gözləyir və bu addımlardan biri İran neftinin tədricən dünya bazarına cıxışını təmin etməkdir.
Nazir əminliklə bidirib ki, İran neftinin bazara qayıtmasını istehlakçılar və OPEK ölkələri alqışlayırlar.
Zanqanenin sözlərinə görə, İran Amerika şirkətləri ilə ümumi layihə çərçivəsində neft və qaz sənayesində əməkdaşlıq etməyə hazırdır, lakin hələlik ABŞ hökuməti şirkətlərə bunu etməyə icazə vermir.