Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ekspert: İstinad divarında bərkitmə işləri heç bir effekt verməyəcək

© http://www.interaztv.comBakı Beynəlxalq Avtovağzalı
Bakı Beynəlxalq Avtovağzalı - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən yolda sürüşmə-çökmə nəticəsində baş verən çatlar genişlənməkdədir və aktiv fazasını yaşayır. Bunu ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

BAKI, 22 okt — Sputnik. Bakı-Sumqayıt magistralının Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissəsində sürüşmə-çökmə nəticəsində baş verən çatlar genişlənməkdədir və aktiv fazasını yaşayır.

Bunu Sputnik-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, magistral yola yamaq vurmaqla bunun qarşısını almaq mümkün olmayacaq. 

“Artıq bir neçə dəfə yamaq vurulub və nəticəsi olmayıb. Çünki çatlar dayanmayıb və yenidən çatlar əmələ gəlir. Oradakı çatlar genişlənir. Çatların bundan sonra daha genişlənməsi və çökmənin artması ehtimalı realdır. Qarşıda payız və qış fəsli gəldiyindən intensiv yağıntılar mağıstraldakı çatların genişləməsinə və çökməyə  şərait yaradacaq. Ona görə də orada yolsalma qaydalarına uyğun yenidən yol salınmalıdır. Bu mənim subyektiv fikrimdir, təmsil etdiyim təşkilatın fikri deyil”, — deyə Piriyev əlavə edib.

Piriyev qeyd edib ki, artıq əsas yoldan keçid yola keçən hissədəki birinci istinad divarının bir hissəsi dağılıb. 

“Bundan əlavə olaraq  25-30 metr hündürlüyündə olan üçüncü istinad divarı 70 sm. Avtovağzal kompleksinə doğru meyllənib. Əgər bu divarlar uçarsa Avtovağzal kompleksinə mütləq zərər vuracaq. Ona görə də həmin istinad divarları sökülüb yenidən  mühəndislik qaydalarına uyğun divarlar tikilməlidir”, — Piriyev vurğuladı.

Hazırda baş verən qəzanın aradan qaldırılması istiqamətində istinad divarlarında bərkitmə işlərinə toxunan geoloq bildirdi ki, həmin istinad divarlarının sökülməsini təklif edib: “Bu mənim subyektiv fikrimdir. İstinad divarında bərkitmə işləri heç bir effekt verməyəcək. Həmin istinad divarını söküb yenidən inşa etmək lazımdır. Hazırda orada dəmir konstruksiyaları vasitəsi ilə bərkitmə işləri aparılır. Bu nə qədər effekt verəcək mən deyə bilmərəm. Orada mütəxəssislər çalışır və yəqin ki, onlar real vəziyyəti məndən də yaxşı bilirlər”.

Xəbər lenti
0