Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sərhədimizi pozan İŞİD-çi saxlanıldı

© SputnikGürcüstan sərhədi
Gürcüstan sərhədi - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Beyləqan rayonu Birinci Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Şirinov Babək saxlanıb.

BAKI, 22 okt — Sputnik. Qanunsuz olaraq Azərbaycan dövlət sərhədini pozan şəxs saxlanılıb.

Bu barədə Sputnik-ə Dövlət Sərhəd Xidməti (DSX) mətbuat xidmətindən verilib.

Məlumatda bildirilir ki, sərhədçilərimiz 15 oktyabr 2015-ci il  tarixdə Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Beyləqan rayonu Birinci Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Şirinov Babək  Pəzviz oğlunu saxlayıb. Araşdırma zamanı müəyyən ediib ki, əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşmüş B.Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Zaqatala rayonunun Əliabad kənd sakini Şamxalov Əfqan Niyazi oğlu da saxlanılıb.

DSX mətbuat xidmətindən o da bildirilib ki, sərhədçilərin həyata keçridiyi əməliyyat nəticəsində 18 oktyabr 2015-ci il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana qaçaqmal gətirilməsi cəhdinin qarşısı alınıb. Sərhəd naryadı tərəfindən təqib olunan sərhəd pozucusu iki bağlamada Çin istehsalı olan 254 ədəd mobil telefonu hadisə yerində ataraq geri qaçmağa müvəffəq  olub.

20 oktyabr 2015-ci il tarixdə Ağstafa rayonunun ərazisində yerləşən “Dəmirtəpə” sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini Məmmədov Elsevər Rasim oğlu Gürcüstandan Azərbaycana 30 baş iribuynuzlu mal-qara gətirərkən saxlanılıb.

Hər üç fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0