BAKI, 22 okt – Sputnik. Avropa Erməni Federasiyası (EAFJD) 1 noyabr seçkilərində HDP-ni (Xalqların Demokratiya Partiyası) dəstəkləyəcəyini açıqlayıb. Sözügedən qurum bunun üçün Avropada yaşayan Türkiyə vətəndaşlarından səs istəyib.
Avropa Erməni Federasiyasının yazılı bəyanatında qeyd olunur:
“HDP-nin Türkiyə parlamentində var olması, azadlıq, bərabərlik, sülh və ədalətin zəmanəti olacaq".
Sözügedən federasiya bundan öncəki 7 iyun seçkilərində də HDP-yə dəstəyini açıqlamışdı.