BAKI, 22 okt – Sputnik. Amerikalı alimlər son dövrlərin ən maraqlı kəşfini ediblər. Onlar toxunuşu hiss edən və bu informasiyanı sinir sisteminə ötürə bilən dərinin süni əvəzedicisini hazırlayıblar.
Stenford Universiteti alimlərinin dediklərinə görə, süni dəri texnologiyası, insanın sinir sisteminə tətbiq ediləcək protezlərin yaradılmasında istifadə ediləcək. Yeni kəşf sayəsində insanlar toxunuşları hiss etməklə yanaşı, onun gücünü də müəyyən edə biləcəklər.