FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakıda Beynəlxalq Çay Festivalı

Abunə olmaq
Bakıda ilk dəfə Beynəlxalq Çay Festivalı keçirilib. Tədbir, Azərbaycan Milli Kulinasiya Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Bakıda ilk dəfə Beynəlxalq Çay Festivalı keçirilib. Tədbir, Azərbaycan Milli Kulinasiya Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Festivalda Yaponiya, Koreya Respublikası, Çin, İran, Hindistan, Türkiyə və digər ölkələrin çay süfrələri nümayiş olunub. Çay süfrələri hər ölkənin ənənələrinə uyğun şəkildə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən təşkil edilib.

Qonaqlara fərqli sortlarda çay və şirniyyat təamlarını dadmaq imkanı verilib. Festival iştirakçıları, təmsil etdikləri ölkələrin milli geyimlərində qonaqları çay mədəniyyətilə də tanış ediblər.

© Sputnik / Sevda BabayevaAzərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov: “Çay süfrəsi arxasında söz-söhbət olmaz, burada daha çox müdriklik, səbr olur. Və ən ağıllı fikirlər də beyinə məhz çay içərkən gəlir”.
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
1/14
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov: “Çay süfrəsi arxasında söz-söhbət olmaz, burada daha çox müdriklik, səbr olur. Və ən ağıllı fikirlər də beyinə məhz çay içərkən gəlir”.
© Sputnik. Севда БабаеваÇay dəstgahı ənənəsi Azərbaycanda geniş yayılıb, çay, qonaqpərvərlik və qonaqlara hörmət simvolu sayılıb. Habelə, Azərbaycan, Qafqazda çay dəstgahının klassik ölkəsi sayılır.
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
2/14
Çay dəstgahı ənənəsi Azərbaycanda geniş yayılıb, çay, qonaqpərvərlik və qonaqlara hörmət simvolu sayılıb. Habelə, Azərbaycan, Qafqazda çay dəstgahının klassik ölkəsi sayılır.
© Sputnik. Севда БабаеваAzərbaycan şirniyyatları – paxlava, şəkərbura, şəkərçörək və səməni paxlavası olmadan çay dəstgahının nə keyfi?
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
3/14
Azərbaycan şirniyyatları – paxlava, şəkərbura, şəkərçörək və səməni paxlavası olmadan çay dəstgahının nə keyfi?
© Sputnik. Севда БабаеваÖzbəklər çayı yumru, qulpsuz piylələrdə içirlər. Çay süfrəsinə sırf təbii məhsullardan hazırlanmış, hər hansı bir kimyəvi əlavəsi olmayan
müxtəlif şirniyyatlar da verılir. Məsələn, “Çuçvara", “Kuş Tili”, “Çak-Çak”, “Buqirsok” və s.
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
4/14
Özbəklər çayı yumru, qulpsuz piylələrdə içirlər. Çay süfrəsinə sırf təbii məhsullardan hazırlanmış, hər hansı bir kimyəvi əlavəsi olmayan
müxtəlif şirniyyatlar da verılir. Məsələn, “Çuçvara", “Kuş Tili”, “Çak-Çak”, “Buqirsok” və s.
© Sputnik. Севда БабаеваMəxsusi bu festival üçün Tacikistandan milli təamlar, şirniyyatlar - külçə, kalama, çaboti, orzuk, qatlı pirojkilər gətirilib. Çay da unulmayıb təbii ki.
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
5/14
Məxsusi bu festival üçün Tacikistandan milli təamlar, şirniyyatlar - külçə, kalama, çaboti, orzuk, qatlı pirojkilər gətirilib. Çay da unulmayıb təbii ki.
© Sputnik. Севда БабаеваFestival ziyarətçiləri poroşok halına salınmış yaşıl yapon çayı – matçaya qonaq olur. Matça çayının tərkibində çox sayda faydalı maddələr, vitaminlər və mikroelementlər var. Habelə, immuniteti artırır, beyin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə qocalma prosesini gecikdirir.
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
6/14
Festival ziyarətçiləri poroşok halına salınmış yaşıl yapon çayı – matçaya qonaq olur. Matça çayının tərkibində çox sayda faydalı maddələr, vitaminlər və mikroelementlər var. Habelə, immuniteti artırır, beyin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə qocalma prosesini gecikdirir.
© Sputnik. Севда БабаеваMatça çayının hazırlanması üçün toz halında yaşıl çay və qaynanmış su lazımdır. Daha sonra bambuk ağacından düzəldilmiş “tyasen” adlı çay süpürgəciyi ilə
məhlulu yavaş hərəkətlərlə qarışdırırıq.

Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
7/14
Matça çayının hazırlanması üçün toz halında yaşıl çay və qaynanmış su lazımdır. Daha sonra bambuk ağacından düzəldilmiş “tyasen” adlı çay süpürgəciyi ilə
məhlulu yavaş hərəkətlərlə qarışdırırıq.

© Sputnik. Севда БабаеваTürk çayını ballı, püstəli paxlavasız təsəvvür etmək mümkün deyil.
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
8/14
Türk çayını ballı, püstəli paxlavasız təsəvvür etmək mümkün deyil.
© Sputnik. Севда БабаеваMüxtəlif bal növlərindən ibarət stend sizi təəccübləndirməsin. Hələ qədim zamanlardan dədə-babalarımız balın müalicəvi xüsusiyyətlərindən agah idilər. Ballı çay içmək isə ayrı bir zövqdür.
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
9/14
Müxtəlif bal növlərindən ibarət stend sizi təəccübləndirməsin. Hələ qədim zamanlardan dədə-babalarımız balın müalicəvi xüsusiyyətlərindən agah idilər. Ballı çay içmək isə ayrı bir zövqdür.
© Sputnik. Севда БабаеваBakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun əməkdaşları öz ölkələrinin çay mədəniyyətini təbliğ edir. Qonaqlar Çin çayını, sırf çay mərasimləri üçün nəzərdə tutulmuş ənənəvi piyalələrdə dadırlar.
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
10/14
Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun əməkdaşları öz ölkələrinin çay mədəniyyətini təbliğ edir. Qonaqlar Çin çayını, sırf çay mərasimləri üçün nəzərdə tutulmuş ənənəvi piyalələrdə dadırlar.
© Sputnik. Севда БабаеваHələ qədim zamanlardan Çin ənənəvi çayı ənənələri, müxtəlif çay sortları ilə məşhurlaşın. Qonaqların seçiminə yaşıl, qara və digər “rəngli” çay növləri verilib.
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
11/14
Hələ qədim zamanlardan Çin ənənəvi çayı ənənələri, müxtəlif çay sortları ilə məşhurlaşın. Qonaqların seçiminə yaşıl, qara və digər “rəngli” çay növləri verilib.
© Sputnik. Севда Бабаева“Masala” hind çayının ədəvaları – qızılgül, hil, darçın, qurudulmuş bibər və zəncəfil.
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
12/14
“Masala” hind çayının ədəvaları – qızılgül, hil, darçın, qurudulmuş bibər və zəncəfil.
© Sputnik. Севда БабаеваTürkiyənin dövlət telekanalı olan TRT festivaldan reportaj hazırlayarkən.
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
13/14
Türkiyənin dövlət telekanalı olan TRT festivaldan reportaj hazırlayarkən.
© Sputnik. Севда БабаеваXatirə fotosu
Bakıda Beynəlxalq Çay Festivalı - Sputnik Azərbaycan
14/14
Xatirə fotosu
Xəbər lenti
0