ELM

Qeyri-adi tısbağa aşkar edilib

Tısbağa
Tısbağa - Sputnik Azərbaycan
Abunə olmaq
Zooloqların dediyinə görə, hazırda bu növün cəmi 250-300 nümayəndəsi yaşayır.

BAKI, 22 okt – Sputnik. Qalapaqos adalarında yeni və qeyri-adi tısbağa növü aşkarlanıb. Bu tısbağa öz nəhəngliyi ilə digərlərindən çox fərqlənir. 

Adada araşdırmalar aparan alimlər 15 fərqli tısbağa növünə rast gəliblər.

Aşkar edilən yeni növ tısbağanın ağırlığı təxminən 220 kiloqramdır. Alimlər bu kəşfi təbiət üçün böyük xəbər kimi dəyərləndiriblər. 

Zooloqların dediyinə görə, hazırda bu növün cəmi 250-300 nümayəndəsi yaşayır. Nəhəng tısbağalar Santa-Krus adasının şərq hissəsində daha çoxdur.

Xəbər lenti
0