SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukraynanın azərbaycanlı nazirinin işdən çıxarılması tələb olunur

Roman Nəsirov
Roman Nəsirov - Sputnik Azərbaycan
Abunə olmaq
Lüstrasiya (yəni dövlət qulluğuna yararlı olmayan kadrlar-red.) üzrə İşçi qrupu Nazirlər Kabinetinə Ukrayna Dövlət Fiskal xidmətin rəhbəri, milliyətcə azərbaycanlı olan Roman Nəsirovun işdən çıxarılması təklifi ilə çıxış edib.

BAKI, 22 okt — Sputnik. Ukraynada yeganə azərbaycanlı nazirin işdən çıxarılması tələb olunur.

Sputnik Ukrayna mətbuatına istinadən xəbər verir ki, Lüstrasiya (yəni dövlət qulluğuna yararlı olmayan kadrlar-red.) üzrə İşçi qrupu  Nazirlər Kabinetinə Ukrayna Dövlət Fiskal xidmətin rəhbəri, milliyətcə azərbaycanlı olan Roman Nəsirovun işdən çıxarılması təklifi ilə çıxış edib.

İşçi qrup hesab edir ki, Nəsirov “Lüstrasiya haqqında” qanunun tələblərini icra etmədiyinə görə onun vəzifədən kənarlaşdırılmalıdır. Belə ki, Ukrayna Ədliyyə nazirliyinin lüstrasiya məsələləri üzrə departamentin direktoru Tatyana Kozaçenko deyib ki, Nəsirov yüksək post tutmağa layiq olmayan 344 nəfərin yarıdan çoxunu işdən azad etməli idi.

“Nəsirov ancaq bunlardan 76-nı işdən azad edib. Əgər Nəsirov qanun tələblərinə riayət  etməyəcəksə, o zaman tutduğu vəzifədən azad oluna bilər”, — Kozaçenko əlavə edib.

Xəbər lenti
0