“Soyuq müharibə” hələ də davam edir...

© Sputnik / Dmitriy Vinogradov / Mediabanka keçidRussian military air group at Khmeimim airbase in Syria
Russian military air group at Khmeimim airbase in Syria - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Hərbi-Dəniz Qüvvələrinin Avropada ilk dəfə olaraq raket əleyhinə müdafiə proqramı üzə sınaqlar keçirməsi nəyə hesablanıb?

“Soyuq müharibə” hələ də davam edir...
ABŞ Silahlı Qüvvələri Avropada ilk dəfə olaraq raket əleyhinə müdafiə proqramı üzrə sınaqlar keçirərək, Atlantik okeanda ballistik təlim raketini məhv edib bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Bu Amerikanın raket poliqonlarından kənarda “Stendard-3” Blok 1A tipli idarə olunan raketin birinci buraxılışı və Avropa məkanında ballistik raketin ilk dəfə vurulması olub”, deyə mətbuat xidmətindən bildirilib. Məlumata görə, ballistik təlim raketi Atlantik okeandakı poliqondan, Şotlandiyanın qərb sahillərində üzən “Ross” adlı hərbi gəmidən buraxılıb.

Rusiyanın oktyabrın 7-də Xəzər dənizində yerləşən hərbi donanmasının İŞİD-in Suriyadakı mövqelərinə 26 qanadlı raket zərbəsi endirdikdən sonra ABŞ silahlı qüvvələrinin belə addım atması təsadüfdürmü? Artıq Qərb və Rusiya arasında yeni “soyuq müharibə” ritorikasının artdığı özünü göstərir, bunun tərkib hissəsi kimi tərəflərin sürətlə silahlanma yarışına başlayacağı ehtimalı nə dərəcədə realdır? 

Politoloq Fikrət Sadıxov ABŞ-ın Avropada ilk dəfə olaraq raket əleyhinə müdafiə proqramı üzrə sınaqlara başlamasını belə qiymətləndirir: “Bu raketlərdən müdaifə strateji bir məqsəd idi. ABŞ bunu çoxdan Avropa ərazsində yerləşdirmək istəyirdi və bunu İrandan gələn təhlükə ilə izah edirdi. Amma, İranla müəyyən razılığa gələndən sonra səbəb və ya əsas bəhanə kimi gətirilən amil aradan götürüldü. İndi söhbət Rusiya və Qərb arasındakı qarşıdurmadan gedir. Bu qarşıdurmanın əsas səbəbləri hal-hazırda Ukranyadakı hadisələr, Suriyada gedən münaqişə daha doğrusu Suriyada Rusiya hərbi əməliyyatlarıdır. Bunlar faktiki olaraq öz əsas məqsədlərini yerinə yetirmək planlarını  yenidən gündəmə qoyublar. Düşünürəm ki, bunlar buna nail olacaqlar çünki bunlar demək olar ki, Rusiya hərbi maşınından narahatdırlar”.

“Soyuq müharibə”nin müəyyən formalarının başlandığını deyən politoloqun fikrincə, artıq nəinki, hərbi əzələ nümayiş olunur, hətta bu hərbi texnika vasitəsi ilə həyata keçirilir. Fikrət Sadıxov həmçinin Yaxın Şərq, Ukranya və başqa regionlarda yenidən Qərb və Rusiya arasında soyuq müharibənin forma və əlamətlərinin göz qabağında olduğunu bunun isə  heç  də müsbət nəticələr verməyəciyini deyir:

“Bu çox müərrək bir prosesdir. Vaxtilə əgər iki qütb arasında soyuq müharibə bir dövlətin çökülməsi ilə nəticələndisə indi bunu dəqiq demək çətindir. Gərginlik artır bir tərəfdən bu, digər tərəfdən ekstremis terorçu qüvvələrin dünyaya səpələnməsi, yayılması bununla bağlı bir sıra regionda hər iki qütb arasında bu qarşıdurmanın daha da gərginləşməsi müşahidə olunur. Bu gərginlik nə qədər artsa təbii ki, bir sıra beynəlxalq münasibətlərdə baş verən proseslər, hər halda o proseslərin həlli mürəkkəbləşəcək, onların həlli tapılmayacaq yaxud həlli uzanacaq. Çünki, hər iki qütb bir-birinə etibar etmir. Bunların arasında gərginlik artır və bu etibar etməmək prosesi də neqativ təsirini göstərir”.

Xatırladaq ki, “soyuq müharibə” İkinci dünya müharibəsinin başa çatmasından sonra iki qütbə bölünən kapitalist və sosialist düşərgələri arasında mövcud olmuş gərgin münasibətləri ifadə edir. Sürətlə silahlanma, həmçinin tərəflər arasında siyasi və ideoloji ritorikanın kəskinləşməsi ilə xarakterizə olunan “soyuq müharibə”nin ötən əsrin 90-cı illərinbə SSRİ-nin, habelə sosialist düşırgəsinin dağılması ilə sıradan çıxdığı güman edilirdi. 

Xəbər lenti
0