CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmam ehsanından 303 nəfər zəhərləndi

© MaideEhsan süfrəsi
Ehsan süfrəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Zəhərlənənlərin hamısı xəstəxanalara çatdırılıb.

BAKI, 22 okt-Sputnik. İranın Çalus şəhərində əzadarlıq məclisində verilən İmam ehsanından 303 nəfər zəhərlənib. Sputnik xəbər verir ki, bu barədə məlumatı Fars agentliyinə İranın Çalus şəhərinin səhiyyə idarəsinin rəisi xanım Hədis Gordgeli verib.

Gordgeli deyib ki, zəhərlənən şəxslərin hamısı xəstəxanalara çatdırılıb. Onlardan 13 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanada saxlanılıb, qalanları isə ambulator müayinədən sonra evə buraxılıb. Zəhərlənənlərdən 5 nəfəri uşaq olub.
Hazırda zəhərlənmənin səbəbləri araşdırılır.

Oktyabrın 18-də İranın Kirman vilayətinin Ənduhcerd rayonunda da ehsandan kütləvi zəhərlənmə halı qeydə alınmışdı. 240 nəfər Ənduhcerd dövlət xəstəxanasına müraciət etmişdi. 

İranda Məhərrəm ayında imam ehsanları vermək ənənəsi var. 

Xəbər lenti
0