BAKI, 22 okt-Sputnik. Bakıda daha bir polis rəisi işdən çıxarılıb.
Sputnik APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.
Son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.