BAKI, 22 okt — Sputnik. ABŞ-ın vitse-prezidenti Co Bayden 2016-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək.
Gazeta.ru-nun verdiyi məlumata görə, bu barədə Co Baydenin özü bildirib.
Bundan əvvəl “The Washington Post” qəzetinin saytı Co Baydenin seçkilərdə iştirak edəcəyi barədə məlumat yaymışdı. Lakin sonra qəzet məlumatın səhv olduğunu bildirmişdi.
APA