BAKI, 22 okt — Sputnik. Suriya prezidenti Bəşər Əsədin Moskvaya səfəri Suriyada münaqişənin nizamlanmasına xidmət etmir.
RİA Novosti-nin verdiyi məlumata görə, bunu Ağ Evin nümayəndəsi Erik Şults bəyan edib.
“Öz xalqına qarşı kimyəvi silahdan istifadə edən Əsədin Moskvada təntənəli şəkildə qəbul olunması Rusiyanın bəyan etdiyi siyasi nizamlanma məqsədinə ziddir”, deyə E.Şults bildirib.
APA