BAKI, 21 okt-Sputnik. Prezident İlham Əliyev Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilsin.
Mədət Quliyev oktyabrın 20-də prezidentin fərmanı ilə Azərbaycanın milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.