CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BTRİB-in rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub

Rabitə və Yüksək Texnologiyalar nazirliyi
Rabitə və Yüksək Texnologiyalar nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olan B. Hüseynov artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

BAKI, 21 okt — Sputnik. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub.

B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb. Onun tutduğu vəzifə müvəqqəti olaraq texniki direktor Rəsul Qurbanova həvalə olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olan B. Hüseynov artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xəbər lenti
0