BAKI, 21 okt – Sputnik. Birləşmiş Ştatlar dövlət katibi Con Kerrin Avropa və Yaxın Şərqə səfərə hazırlaşır.
Oktyabrın 21-də başlayacaq səfər 4 gün davam edəcək.
Dörd günlük səfər çərçivəsində Suriya böhranı, İŞİD-ə qarşı mübarizə, Ukraynadakı hadisələr və İsrail-Fələstin arasındakı gərginlik müzakirə olunacaq.
Con Kerri İsrailin baş naziri Binyamin Netanyahu, Fələstin prezidenti Mahmud Abbas, həmçinin Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri ilə də görüşəcək.